YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: AŞPA-nın sessiyasında ölkəmizə qarşı yönələn hədəflərin qarşısını alaraq öz mövqeyimizi nümayiş etdirdik

Bu gün AŞPA-nın yaz sessiyasında Azərbaycana qarşı qeyri-obyektiv yanaşmanın əleyhinə çıxdıq.

Bu fikri ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Bildirib ki, korrupsiya məsələləri ilə bağlı tamamilə qeyri-obyektiv mövqedə dayanan AŞPA-nın bəzi üzvləri çalışırlar ki, ölkəmizə problemlər yaratsınlar. Onların əsas məqsədi də AŞPA-nın öz problemlərindən, dünyada gedən ciddi mənfi proseslərdən, başqa üzv ölkələrdə, xüsusilə də Ermənistanda gedən proseslərdən diqqəti yayındırmaqdır. Süni şəkildə diqqəti Azərbaycanın üzərinə cəlb etməkdir. Bunun əleyhinə çıxaraq bildirdilər ki, bu daha çox AŞPA-nın özünə problem yaradacaq, nəinki hansısa formada Azərbaycana.

“Sessiyada biz bir daha Azərbaycanın mövqeyini müdafiə etdik, seçkilərlə bağlı məsələni gündəmə çıxardıq və ölkəmizə qarşı yönələn hədəflərin qarşısını alaraq öz mövqeyimizi nümayiş etdirdik”, -deyə S.Seyidov vurğulayıb.