YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ermənilər başa düşməlidir ki, öz ölkələrinin gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir

«Azərbaycan xalqının qanına əli bulaşan birinin hakimiyyətdən qovulması hər bir azərbaycanlını, o cümlədən də məni sevindirir. Serj Sarkisyan qatildir, o torpaqlarımızın işğalında birbaşa rol oynayıb». Bu fikirləri yap.org.az saytına YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə də Sarksiyan rejimi imkan verməyib. Onun sözlərinə görə, S.Sarkisyanın hakimiyyəti illərində qeyri-konstiriktiv mövqe nümayiş etdirilib, müxtəlif bəhanələrlə, təxribatlarla sülh danışıqları pozulub.

«Sarkisyan rejimi Ermənistan əhalisinə də zülm edib. O, Ermənistanı dərin böhrana düçar edib, əhali yoxsuldur. Ona görə də, insanlar həmin ölkəni tərk edirlər. Vaxtilə ATƏT PA-nın  tədbirləri çərçivəsində ermənilərlə görüşlərimiz olub. Onlar səmimi söhbət zamanı deyirdilər ki, “bizə Qarabağ lazım deyil. Ermənistan bütün beynəlxalq layihələrdən təcrid olunub. Ermənistan dağılır, insanlar acından ölür. Bizim Qarabağla nə işimiz var?!”. Yəqin ki, Sarkisyanın istefası ilə Qarabağ klanının hakimiyyətinə son qoyulacaq. İnanmaq istəyirəm ki, yeni hakimiyyətə gələn qüvvələr reallıqları dərk edəcək və erməni hərbi birləşmələrini Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkəcəklər. Bununla da, regionda sülh bərqərar ola bilər. Ermənilər başa düşməlidir ki, öz ölkələrinin gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir»-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.