YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: "ASAN Xidmət"in əsas prinsipi şəffaflıqdır

«"ASAN Xidmət"in əsas prinsipi şəffaflıqdır. Bu sistem Azərbaycan cəmiyyətində dövlət qurumları tərəfindən vətəndaşlara xidmət sahəsində yeni mühit yaradıb». Bu fikirləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vətəndaşlara səmərəli xidmət göstərilməsi insanlar tərəfindən müsbət qarşılanır.

«Gün ərzində 2000-dən çox vətəndaş Mərkəzin xidmətlərindən yararlanır. Ölkədə 6 "ASAN Xidmət" mərkəzimiz fəaliyyət göstərir. 20 ay ərzində 3 milyon əhali bu xidmətdən faydalana bilib»- deyə, İ.Kərimov vurğulayıb.