YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq Prezident İlham Əliyevə təbrik ünvanladı

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Miqrasiya Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməyi özümə şərəf bilir və bundan məmnunluq duyuram.

Miqrasiya XXI əsrin qlobal gündəliyində əsas məsələlərdən biri kimi yer alıb və ölkənizdə bu məsələyə xüsusi diqqət yetirilir. Beynəlxalq Miqrasiya Təşkilatı 1996-cı ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və miqrasiya ilə bağlı məsələlərin həllində hökumətinizə yardım edir.

Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən miqrasiyanın fərdlər, icmalar və ümumiyyətlə cəmiyyət üçün yaratdığı imkanların daha yaxşı tənzimlənməsi istiqamətində hökumətinizlə Bakıda, Cenevrədə və digər yerlərdə müzakirələri davam etdirmək niyyətindəyik.

Səmimi qəlbdən inanıram ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq möhkəmlənməkdə və dərinləşməkdə davam edəcək və ölkənizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, prezidentliyinizin yeni dönəmində Sizə böyük uğurlar diləyir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.