YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstanın sabiq Baş naziri Peter Meddyeşi Prezident İlham Əliyevə təbrik ünvanladı

Macarıstan Respublikasının sabiq Baş naziri Peter Meddyeşi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Yeni Prezidentlik dönəminiz Sizə uzun illər əvvəl başladığınız möhtəşəm və uğurlu işinizi davam etdirməyə imkan verəcək. Mən bu sözləri təkcə sabiq Baş nazir və Azərbaycanın sadiq dostu kimi deyil, həmçinin Sizin tərəfinizdən təsis edilmiş Bakı Forumunun daimi iştirakçısı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi yazıram. Bu təsisatlar beynəlxalq aləmdə müxtəlif baxışları təmsil edən, lakin dünyanı daha yaxşı və daha təhlükəsiz bir məkana çevirmək naminə eyni məqsədə xidmət edən siyasətçilər üçün müzakirə platforması yaradır və bu cür müzakirələrə hazırda həqiqətən böyük ehtiyac vardır.

Zati-aliləri, ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edir, gələcək işlərinizdə Sizə uğurlar diləyirəm”.