YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ermənistandakı bu xaos çoxdan gözlənilirdi

«Ermənistanda baş verən hadisələr beynəlxalq aləmdə rezonans doğurub. Bu hadisələr  reginomuzda, o cümlədən Azərbaycanda da diqqətlə izlənilir. Əslində, Ermənistandakı bu xaos çoxdan gözlənilirdi. Çünki xüsusilə son 10 ildə erməni xalqı səfalətə düçar olub, sosial-iqtisadi sahədə tənəzzülə uğrayıb. Bu illər ərzində əhali Serj Sarksiyanın girovunda idi. Sadə ermənilər başa düşürdülər ki, bu rejimlə ölkənin sonu çatacaq. Və bilirlər ki,  Qarabağın işğalı erməni xalqına lazım deyil, çünki  Azərbaycanın torpağıdır». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Ermənistanda gərginlik başlayanda S.Sarkisyan Qarabağ kartından istifadə etməyə çalışdı, xalqı qorxutmağa cəhd göstərdi ki, guya belə vəziyyətdə Azərbaycan müharibəyə başlayacaq. Amma insanlar ona inanmadı və vəzifədən qovdular. Həqiqətən də bu gün Ermənistan dərin böhran içərisindədir. Gənclər bu ölkəni tərk edir. Təkcə Türkiyədə 100 mindən çox erməni miqrant var. İşğalçı ölkədə demoqrafik vəziyyət də acınacaqlıdır.

«Azərbaycan Prezidenti İlham Əliyev hər zaman beynəlxalq tribunalardan cinayətkar Sarkisyan rejimini ifşa edib. Onun çıxışlarını sadə erməni xalqı dinləyib və dəstəkləyib. Prezidentimiz haqlı olaraq Ermənistanı dalan dövləti adlandırıb. Çünki bütün sahələrdə işğalçı ölkə geriləyib, Azərbaycanın prinsipial mövqeyi nəticəsində bütün regional layihələrdən kənarda qalıb.  Təbii ki, Ermənistan vətəndaşları özlərinin aclıq və səfalətlərinin fonunda Azərbaycandakı sürətli inkişafı, yüksək rifahı görürlər. Əgər Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsəydi, regional əməkdaşlıq şəratində inkişaf edərdi. Amma Sarkisyan rejimi buna imkan vermirdi. Ona görə də, nə vaxtsa bütün bunlara qarşı erməni xalqı hayqırmalı idi və bu baş verdi. Mən əminəm ki, Ermənistandakı  bu proseslərin hansı istiqamətində getməsindən asılı olmayaraq,  Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad edəcək»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.