Xəbərlər
Prezident İlham Əliyev Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə cari il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.