YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Tərtər rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

YAP Tərtər rayon təşkilatının Gənclər Birliyi  “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyinin firavan həyatı, təhsili, sağlamlığı, vətənpərvər ruhda böyümələri üçün daim qayğı göstərməsindən danışaraq, bu gün ölkəmizdə Prezident İlham Əliyevin Ulu öndərin gənclər siyasətini uğurla davam etdirdirdiyini diqqətə çatdırıb.

YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri, rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş məruzə ilə çıxış edib. Qeyd edib ki, Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə həmişə gənclərin problemləri və onların həlli onun işinin əsas qayələrindən biri olub: «Hələ sovetlər dövründə gənclərin respublikadan kənar təhsili məsələləri daim diqqət mərkəzində saxlanılıb, Azərbaycanın gələcəyinə yönələn tədbirlərdən biri də ölkədə hərbi kadrların yetişdirilməsini təmin edəcək Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması olub. Heydər Əliyev müstəqillik dövründə də Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasını daim vurğulayırdı. Bu gün gənclərimiz Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, qüdrətlənməsi, müstəqilliyimizin əbədiliyinin təmin olunması üçün ölkə başçısı, YAP-ın Sədri İlham Əliyevin işləyib hazırladığı daxili və xarici siyasətin müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini lazımi səviyyədə verməyə çalışırlar».

Tədbirdə digər çıxış edənlər gənclərimizin Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirmələrindən, onların bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyə doğru addımlamasında ön cərgədə olmaqdan qürur hissi duyduqlarını qeyd ediblər.

 

DİGƏR Partiya xəbərləri Arxiv