YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Seynt Vinsent və Qrenadi arasında əlaqələr müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Seynt Vinsent və Qrenadinin xarici işlər naziri Kamillo Qonzalves ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, iqtisadi layihələrin icrası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.