YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Ermənistan rəhbərliyi icmaların görüşünə mane olur

«Ermənistan rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsinə imkan vermir».  Bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması belə bir görüşün keçirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, Azərbaycan tərəfi belə təşəbbüslə dəfələrlə çıxış edib.

«Mən istərdim ki, Qarabağ erməniləri Bakıya gəlsinlər. Onlar bizim gözəl Bakı şəhərini, ölkəmizin inkişafını, Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işləri, xalqın rifah halının yüksəldilməsi istiqamətində görülən işləri öz gözləri ilə görsünlər. Bu şəraiti görəndən sonra onlar bu inkişafdan istifadə etmək haqda düşünməlidirlər. Ermənilərin də yaxşı yaşamaq istəyəni, Azərbaycanda yaradılan firavan həyatdan yararlanmaq istəyənləri var. Ancaq hazırki Ermənistan rəhbərliyi icmaların görüşünə mane olur»- deyə, B.Səfərov vurğulayıb.