YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ordusunun bölmələri cəbhə xəttində atəşkəs rejimini növbəti dəfə pozublar

Ermənistan ordusunun bölmələri sentyabrın 25-də və 26-da gecə Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.