YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ildə 18 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib

Bu ilin ilk dörd ayında Azərbaycandan 38 min 41 ton kimya sənayesi məhsulları ixrac edilib. Yanvar-aprel aylarında ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 18 milyon 390 min ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, keçən ilin yanvar-aprel aylarında ölkədən 44 min 140 ton kimya sənayesi məhsulları ixrac olunub, ixracın dəyəri isə 14 milyon 434 min dollar təşkil edib.