YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nursultan Nazarbayev: Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev təkcə Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində deyil, həm də Müstəqil Dövlətlər Birliyinin təşəkkülündə böyük rol oynayıb.

Bu barədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev haqqında qazax dilinə tərcümə olunmuş kitaba Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yazdığı ön sözdə deyilir. /Trend/

Astanada kitabın təqdimatı zamanı Prezident kitabxanasının direktor müavini Botaqoz Kaipova deyib: “Bir çox ekspertlər Azərbaycanın Ümummilli Liderindən danışarkən deyirlər: böyük ürəkli, istənilən millətin onunla fəxr edə biləcəyi insan”.

Qeyd edək ki, kitabın 500 nüsxədən ibarət ilk tirajını Qazaxıstanın məktəb və universitet kitabxanalarında yerləşdirəcəklər.