YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qazaxıstanın Almatı şəhər akimi (qubernatoru) Baurjan Baybek ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib.

Prezidentin köməkçisi deyib ki, müstəqillik illərində Qazaxıstan mühüm nailiyyətlər əldə edərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycanın siyasi sahədə sabit diplomatik münasibətlərinin mövcud olduğu ölkələrdən biri məhz Qazaxıstandır. Azərbaycan-Qazaxıstan əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradan üstünlüklər, eyni zamanda, düşünülmüş siyasət regionun inkişafına təkan verən bir sıra layihələrin reallaşdırılmasını şərtləndirib.

Almatı şəhər akimi Baurjan Baybek Azərbaycana səfəri zamanı müşahidə etdiyi inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakter daşıdığını qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmləndiyi vurğulanıb, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov görüşdə iştirak edib.