YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Jirinovski: Azərbaycanda rus dilinin öyrənilməsi, eyni zamanda, rus mədəniyyətinin öyrənilməsi deməkdir

Sentyabrın 26-da Bakıda səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Bakı Slavyan Universitetində olub.

Universitetin müəllim və tələbələri ilə görüşən V.Jirinovski Azərbaycanda rus dilinə yaxşı diqqət göstərildiyini deyərək Bakı Slavyan Universitetinin fəaliyyət göstərməsindən şad olduğunu bildirdi. O, həmçinin vurğuladı ki, Azərbaycanda rus dilinin öyrənilməsi, eyni zamanda, rus mədəniyyətinin öyrənilməsi deməkdir.

V.Jirinovski görüşdə tələbələrlə ünsiyyət quraraq rus ədəbiyyatı ilə bağlı müzakirələr aparıb. Rus ədəbiyyatı əsərlərindən tələbələrə suallar verən deputat onların cavablarına müasirlik kontekstindən baxışını təqdim edib.