YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

İclasda əvvəlcə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinləniləcək. Həmçinin "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi üçüncü oxunuşda və "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

Sonra deputatlar Əmək Məcəlləsində, "Təhsil haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Dövlət qulluğu haqqında", Yanğın təhlükəsizliyi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" və "Dərman vasitələri haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.