YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib

Mayın 18-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Sammiti keçirilib.

Son günlər Fələstində yaranmış böhranla əlaqədar çağırılan Sammitdə təşkilata üzv ölkələr prezidentlər, hökumət başçıları və xarici işlər nazirləri səviyyəsində təmsil olunublar.

Əvvəlcə Samitə hazırlıq məqsədilə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində iclas keçirilib.

Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Fələstinin Baş naziri Rami el-Hamdallah və başqaları çıxışlarında dinc fələstinlilərə qarşı zorakılıq göstərilməsinə etirazlarını bildiriblər.