YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stepan Kubiv: Yaxın günlərdə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq

Ukraynada Azərbaycan Ticarət Evinin açılması üçün işlər artıq yekunlaşıb. Yaxın günlərdə ticarət evinin açılışı olacaq. Eyni zamanda, Azərbaycanda Ukraynanın Ticarət Evinin açılması üçün də işlər görülür.

Bu sözləri Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Nazirin sözlərinə görə, Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir. Qarşılıqlı investisiya qoyuluşları istiqamətində fəaliyyət davam edir. Yeni investisiya layihələri üçün Ukrayna və Azərbaycan arasında açıq dialoq mövcuddur.

“Bu il ərzində Azərbaycanın iqtisadiyyat nazirinin Ukraynaya səfəri nəzərdə tutulur. Səfərin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya layihələrinin müzakirə edilməsidir”, - deyə Baş nazirin birinci müavini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv