YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Heç bir qərar Azərbaycan parlamentarilərinin əzmini sındıra bilməz

«Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra AŞPA-da nümayəndə heyətimiz zamanında Ulu öndər Heydər Əliyevin, daha sonra isə vaxtilə nümayəndə heyətinə rəhbərlik etmiş cənab İlham Əliyevin strategiyası əsasında fəaliyyət göstərib. Bu strategiya Azərbaycanın milli marpaqlarına xidmət etmək, ən başlıcası Dağlıq Qarabağ məsələsini daim gündəmdə saxlamaq və işğalçı Ermənistanı ifşa etməkdən ibarət olub». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, ötən  illər ərzində nümayəndə heyətimiz AŞPA-da ən peşəkar millət vəkilləri kimi seçiliblər. Onun sözlərinə görə, deputatlarımız bir sıra  mötəbər vəzifələr tutub, komitə sədrləri,  hətta AŞPA rəhbərliyinə qədər yüksəliblər.

«Bizi bu narahat edir ki, AŞ özünün qəbul etdliyi prosedurların əleyhinə report verib. Həmin «araşdırmada» araşdırmaçılar bildirir  ki, Səməd Seyidovun həmin proseslərdə heç bir rolu olmayıb, amma sonda onunla bağlı sanksiyalar tətbiq edilir. Biz zamanında Avropa İnsan Hüquqları Konvensiyasını təbliğ etmişik və sənədin 7-ci maddəsi qanunsuz cəzalandırılmamaqla bağlıdır.  Burada ədalətsizlik ondan ibarətdir ki, AŞPA bu qərarla özünün təbliğ etdiyi Konvensiyanın ruhunu pozur. Səməd Seyidov heç bir qanun pozuntusu olmadan cəzalandırılıb. Bu həmin təşkilata başucalığı gətirmir. İnanırıq ki, Azərbaycan nümayəndə heyəti bundan sonra da AŞPA-da qətiyyətlə fəaliyyət göstərəcək. Heç bir qərar Azərbaycan parlamentarilərinin əzmini sındıra bilməz».