YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır

«Ümummilli liderimiz Heydər Əliyev  müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda xalqımızın milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaradıb». Bu fikri YAP Qadınlar Şurasının sədri, BSU-nun rektoru Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, Ümummilli liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır. Onun sözlərinə görə, bu dahi şəxsiyyət vətəndaş tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onu intellektual gəncliyin yetişdirilməsinin ən mühüm amillərindən biri hesab edib.

«Bu gün də respublikamızın təhsil sistemində innovativ yeniliklər, çevik islahatlar, əsaslı infrastruktur dəyişikliklər aparılır. Prezident İlham Əliyev Ulu öndərin uzaqgörən siyasi kursunu ardıcıl şəkildə davam etdirir. Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xəttini təşkil edir»-deyə, N.Əliyeva vurğulayıb.