YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycana qarşı qəbul olunan qərar ikili standartların göstəricisidir

«AŞPA-nın qərarı ədalətsizdir. Bu, Azərbaycana olan təzyiqdir». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komitə sədri  Səməd Seyidov parlamentin iclasında deyib.

S.Seyidov bildirib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanskiyaya məruz qalmırlar. Onun sözlərinə görə, işğalçı Ermənistana da heç bir sanksiya tətbiq olunmur.

«Amma bizə qarşı qəbul olunan qərar isə ikili standartlardır. Azərbaycan öz haqq sözünü ortaya qoyanda sanksiyaya məruz qoyurlar, biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir. Çünki mən Azərbaycanın maraqlarını qoruyuram. Prezident İlham Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətirir. Ona görə də, həmin qüvvələr bu cür addımlar atırlar. Amma bu addımlar heç bir nəticə verməyəcək, Azərbaycan öz yolu ilə inamla irəliləyir»-deyə, S.Seyidov vurğulayıb.