YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun iclası Astanada keçiriləcək

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti iclası mayın 21-24-də Qazaxıstanın Astana şəhərində keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar, xüsusi işçi qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.

İclas zamanı Konvensiya layihəsi ilə bərabər xəzəryanı dövlətlərin dövlət başçılarının beşinci Zirvə toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.