YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin nümayəndə heyətini qəbul edib

Mayın 21-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Əli Əhmədov bu səfərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. O bildirib ki, Yeni Azərbaycan Partiyası və Laos Xalq İnqilabı Partiyası iqtidar partiyalarıdır və hər iki siyasi təşkilat əlaqələrin inkişafında maraqlıdır.

Azərbaycan dövlətinin  xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin vacib yer tutduğunu deyən Əli Əhmədov hələ sovetlər birliyi dövründə Laos vətəndaşları olan gənclərin Azərbaycanda ali təhsil aldıqlarını xatırladıb.

YAP Sədrinin müavini iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb və YAP ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığın bütövlükdə ölkələrimiz arasında münasbətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.

Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak  Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. Azərbaycanın dinamik inkişaf etdiyini deyən qonaq ölkəmizin regionda oynadığı rolun əhəmiyyətini vurğulayıb. O, Laos Xalq İnqilabı Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatıdırıb.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə  Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu YAP tərəfindən İcra katibinin müavini Siyavuş Novruzov və Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak  imzalayıblar.

Görüşdə YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.