YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanda QDİƏT Parlament Assambleyasının komitə iclası keçiriləcək

Sentyabrın 29-da Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin hüquqi və siyasi məsələlər komitəsi ilə birgə iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda Milli Məclisin deputatları Asəf Hacıyev və Musa Quliyev iştirak edəcəklər.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlərinin Qara dəniz regionunda beynəlxalq sərnişin və yük daşımalarının inkişafında və tənzimlənməsində rolu, həmçinin quruma üzv ölkələrdə kiçik sahibkarlığın inkişafının qanunvericilik dəstəyinin təmin edilməsində parlamentlərin rolu mövzularında fikir mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.