YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Prezidenti Xəlifə bin Zayed Al Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır və Birləşmiş Ərəb Əmirlikləri xalqının bu münasibətlə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən rica edirəm.

Əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına xeyir və xoşbəxtlik arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı izhar edirəm.”