YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Patriarx Kiril: Bizim işgüzar əlaqələrimizin gündəliyinə Dağlıq Qarabağ məsələsi də daxildir

Bizim işgüzar əlaqələrimizin gündəliyinə Dağlıq Qarabağ məsələsi də daxildir və bu istiqamətdə iş aparırıq. Bugünkü görüşümüzdə biz artıq 20 ildən çoxdur ki, davam edən bu problemin həlli ilə bağlı atılacaq addımlar barədə fikir mübadiləsi apardıq.

Bu sözləri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündən sonda jurnalistlərə açıqlamasında patriarx Kiril söyləyib.

Patriarx bildirib ki, görüşdə Yaxın və Orta Şərqdə vəziyyət də müzakirə olunub. “Biz dindən cinayətkar və terrorçuluq əməllərini həyata keçirmək üçün istifadə edənlərin dünya üçün təhlükəli olması barədə ümumi fikrə gəldik. Suriya və İraq ərazilərində qan tökülür, əlbəttə, bu, Azərbaycan müsəlmanlarını və Rusiya pravoslavlarını narahat etməyə bilməz”, - deyə patriarx Kiril bildirib.

Rusiya və Azərbaycanın din xadimləri arasında mehriban və işgüzar münasibətlərin olduğunu deyən patriarx qeyd edib ki, Azərbaycana səfəri gündəlikdədir və hazırda səfərin tarixi dəqiqləşdirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bugünkü görüşün xalqlarımız və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi istiqamətində atılan növbəti addım olduğunu bildirib.