YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: Azərbaycan gəncləri vətənpərvər, mərd və savadlıdır

«“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı uğurla icra edilir. Proqram həmçinin, yeniyetmələrin intellektual  və mədəni səviyyəsinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixinin daha dərindən öyrənilməsi, dünyagörüşünü genişləndirmək məqsədi daşıyır». Bu fikirləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R. Abbasov bildirib ki, hər bir Azərbaycan gənci müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında biliklərə malik olmalıdır. Onun sözlərinə görə, Azərbaycan gəncləri vətənpərvər, mərd və savadlıdır.

«Bu, ölkənin resurslarının insan kapitalına yönəldilməsinin nəticəsidir. Hər bir gənc mükəmməl təhsil almalı, milli dəyərlərimizə hörmətlə yanaşmalı, Vətən, millət, xalq uğrunda öz sahəsində səylə çalışmalıdır»- deyə, R.Abbasov qeyd edib.