YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Böyük Britaniya biznes forumu keçiriləcək

Oktyabrın 2-də Böyük Britaniya Krallığı biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Böyük Britaniya biznes forumu keçiriləcək.

AZPROMO-dan  bildiriblər ki, forumda İKT, tikinti və təhsil sahələrini təmsil edən Böyük Britaniya şirkətlərinin iştirakı gözlənilir.
Ölkəmizdə fəaliyyət göstərən iş adamları, sahibkarlar biznes foruma dəvət edilirlər. Forumda iştirak etmək istəyənlərin qeydiyyatı Bakı Biznes Mərkəzində aparılır. Bununla bağlı zəruri məlumatları 012 5980147/48 (daxili: 129,108, 119 və 120) nömrəli telefonlar və alakbarh@azpromo.az elektron ünvanı vasitəsi ilə də çatdırmaq mümkündür.