YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir

Hazırda Dünya Bankının dəstəyi ilə Azərbaycanda 9 layihə icra olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşündə deyilib.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Nazir Şahin Mustafayev Azərbaycanın Dünya Bankı ilə 25 ildən çoxdur ki, əməkdaşlıq etdiyini, ölkəmizin bu əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı, nəqliyyat və sair sahələri əhatə edir. Dünya Bankının maliyyə və texniki dəstəyi ilə müvafiq sahələrdə reallaşdırılan layihələr bu sahələrin inkişafında əhəmiyyətli rol oynayır. Şahin Mustafayev bərk məişət tullantılarının vahid idarəçiliyi, Trans-Qafqaz Nəqliyyat Dəhlizində (TRACECA) yük daşımaları və logistika fəaliyyətinin təkmilləşdirilməsi və Dünya Bankı ilə birgə həyata keçirilən digər layihələrin əhəmiyyətini vurğulayıb, özəl sektora dəstəyin davam etdirilməsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair təkliflərini bildirib. Qeyd edilib ki, bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi çərçivəsində görülən işlər ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir. Şahin Mustafayev, həmçinin Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2018-ci ilin ilk dörd ayında ticarət dövriyyəsinin, qeyri-neft ixracının, eləcə də strateji valyuta ehtiyatlarının artdığını vurğulayıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Ötən il Dünya Bankının Azərbaycanla əməkdaşlığının 25 illiyinin qeyd olunduğunu vurğulayan M.Tembon əlaqələrin ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Hazırda bankın dəstəyi ilə Azərbaycanda 9 layihənin icra olunduğunu bildirən Mersi Tembon yeni əməkdaşlıq istiqamətlərinə dair fikirlərini bölüşüb.

DİGƏR Xəbərlər Arxiv