YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan gəncləri ictimai fəallığı ilə seçilirlər

«Azərbaycan gəncləri ictimai fəallığı ilə seçilirlər. Gənclərimiz sosial, iqtisadi, humanitar tədbirlərdə fəal iştirak edir, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan faydalanırlar». Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Onun sözlərinə görə, bunun göstəricilərindən biri də gənclərə bağlı bir sıra proqramların qəbul edilməsidir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanır.

«Həmçinin, tələbə-gənclərimiz müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək ölkəmizin təbliği istiqamətində də müxtəlif işlər görüb. Bir sıra ölkələrdə gənclər müxtəlif tədbirlərdə iştirak edirlər. Azərbaycanlı gənclər bu səfərlər çərçivəsində ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər. Onlar beynəlxalq tədbirlərdə özlərinin xarici həmkarları ilə nəinki uğurla rəqabət apara bilir, bəzi hallarda onları üstələyirlər»-deyə, deputat qeyd edib.