YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda “Elektron Büdcə” sistemi yaradılsın

«Dövlət büdcəsinin gəlir və xərc hissəsində şəffaflığın artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda “Elektron Büdcə” sisteminin yaradılması yaxşı olardı». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrasının müzakirələri zamanı deyib.

T.Mirkişili bildirib ki, gəlir və xərclərin bütün marşrutuna nəzarət edə biləcək bir innovativ sisemin yaradılması gələcəkdə büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə və nəzarət inzibatçılığının daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.

«“Elektron Büdcə” – dövlət orqanlarının, büdcədənkənar fondların idarəedilməsini həyata keçirən orqanların, yerli idarəetmə orqanlarının və bələdiyyələrin fəaliyyətində şəffavlığı və hesabatlılığı təmin edən sistemdir.  O, həmçinin, vahid informasiya məkanının yaradılması və dövlət və bələdiyyə idaerəetməsində İKT-dən geniş istifadə hesabına maliyyə idarəetməsini keyfiyyətinin artırılmasına nail ola bilir»-deyə, deputat qeyd edib.