YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub

“2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub”.Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iclasında 2017-ci il dövlət büdcəsinin haqqında qanun layihəsi ilə bağlı çıxışında deyib.

V. Gülməmmədov bildirib ki, ötən il büdcə gəlirlərinin 46,8 faizi ilin birinci yarısında təmin olunub. Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151 faiz), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9 faiz) qeydə alınıb. Onun sözlərinə görə, 2017-ci ildə ÜDM nəzərə çarpacaq qədər artıb.

«İqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər ötən ilə nisbətən 2,7 faiz artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 62,8 faiz təşkil edib. Neft-qaz sektorunun ümumi daxili məhsulda payı 2016-cı ilə nisbətən 3,4 faiz-bənd artaraq 37,2 faiz olub. 2017-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə icra 359,2 milyon manat təşkil edib»-deyə, V.Gülməmmədov qeyd edib.