YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: 2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin tam yerinə yetirilməsidir

«Əsas vəzifələri rəhbər tutaraq növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə çalışaraq kölgə iqtisadiyyatın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirləri və bir sıra digər islahatlarla bağlı təklifləri artıq hazırlayıb hökumətə təqdim etmişik». Bu fikirləri vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bugün keçirilən iclasında "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

M.Cabbarov bildirib ki, hazırda əsas hədəf vergi ödəyicilərinin xüsusilə də kiçik və orta sahibkarlığın vergi yükünün azaldılıması, vergi inzibatçılığında bərabərliyin, şəffaflığın təmin olunmasıdır.

«Ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib. 2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin tam yerinə yetirilməsidir»-deyə, nazir vurğulayıb.