YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: YAP bələdiyyə seçkilərində qadınların təmsilçiliyinə üstünlük verəcək

«YAP Qadınlar Şurası qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar müəyyən tədbirlərin keçirilməsini nəzərdə tutur». Bunu YAP Qadınlar Şurasının sədi, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, partiyamız bu dəfəki seçkilərdə də qadınların təmsilçiliyinə üstünlük verəcək. Ona görə də, partiyamızı təmsil edən qadınlar bu seçki prosesində daha fəal olmalıdır.

«Bilirsiniz ki, hazırki bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardan ibarətdir. Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin. Bu məqsədlə biz qadınların fəallığını artımaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlərin keçirilməsini nəzərdə tuturuq. Yaxın günlərdə belə görüşlərin keçirilməsinə başlanacaq. İnanırıq ki, görülən işlər, maarifləndirmə tədbirləri müsbət nəticələrini verəcək»- deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.  

DİGƏR Xəbərlər Arxiv