YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Qurtuluş mahiyyət etibarilə Azərbaycanın bu günüdür, gerçəklikləridir və firəvan gələcəyidir

«15 İyun Milli Qurtuluş Günü Azərbaycanın ən mühüm və şərəfli dövlət bayramlarından biridir. Qurtuluş mahiyyət etibarilə Azərbaycanın bu günüdür, gerçəklikləridir və firəvan gələcəyidir». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasəti uğurla  həyata keçirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində Azərbaycanın qüdrəti daha da artıb, insanların  rifahı daha da yaxşılaşıb, ölkənin siması əhəmiyyətli dərəcədə dəyişib.

«Ötən 25 il ərzində Azərbaycan müqayisəedilməz dərəcədə yeniləşib. Bütün bunların hamısı qurtuluş məfkurəsinin Azərbaycana, hər bir vətəndaşa bəxş etdiyi töhfələrdir. Qurtuluş dedikdə, bu gün Azərbaycanın inkişaf perspektivlərini, rifahını, əminamanlığı, sabitliyi, təhlükəsizliyi və eyni zamanda, Azərbaycanın xoşbəxt gələcəyini başa düşürük»-deyə, YAP Sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv