YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində hərbi hissəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun hərbi hissələrində tikinti-quruculuq işləri davam etdirilir.

İyunun 19-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Zakir Həsənov ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və digər obyektlərlə tanış olub. Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları bir daha xatırladan müdafiə naziri Ordumuza göstərilən diqqət və qayğının nəticəsi olaraq əldə edilən uğurları xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin səmərəli istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda şəxsi heyətlə birlikdə nahar edilib.

 

DİGƏR Xəbərlər Arxiv