YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənistanın heç bir perspektivi yoxdur

«Dağlıq Qarabağ bütün dünyada Azərbaycanın ərazisi kimi tanınır». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, bütün beynəlxalq sənədlərdə bu ərazi ölkəmizə məxsusdur. Onun sözlərinə görə, Ermənistan heç bir halda öz m əqsədinə nail ola bilməyəcək.

«Erməni tərəfi yenə də münaqişənin həlli il əbağlı manipulyasiya edir. İşğalçı tərəf hər cür  təxribata əl atmağa çalışır. Amma belə cılız oyunun heç bir əhəmiyyəti yoxdur. Bu cür yollarla onlar işğal faktına heç bir halda haqq qazandıra bilməyəcəklər. Ən doğru variant odur ki, ermənilər ağıla gəlib xoşluqla işğal etdiyi torpaqlardan geri çəkilsinlər. Əks halda, Ermənistanın heç bir perspektivi yoxdur»-deyə, deputat qeyd edib.