YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Ötən dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçib

«Ötən dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçib». Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, statistik göstəricilər Azərbaycanın dayanıqlı inkişafını – möhtəşəm iqtisadi nailiyyətlərini əyani şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun həcmi 3,2, sənaye məhsulu istehsalı 2,6, kənd təsərrüfatı məhsulu istehsalı 1,7, büdcə gəlirləri 13,5 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi, hazırda isə 44 milyard dollara bərabərdir. Bütün bu göstəricilər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin və davamlı islahatların məntiqi nəticəsidir.

«Bunlarla yanaşı, səmərəli iqtisadi siyasət həm sosialyönümlü olması ilə fərqlənir. Bəhs olunan dövr ərzində orta aylıq nominal əmək haqqının 6,8, minimum əmək haqqının 12,9 dəfə artım təşkil etməsi, işsizlik səviyyəsinin 5, yoxsulluğun isə 5,4 faizə enməsi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin səmərəli nəticələridir. Xüsusilə də, əhalinin məşğulluğunun təmin edilməsi  həyata keçirilən məqsədyönlü tədbirlər  insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm amil kimi çıxış edib. Son 15 ildə respublika üzrə təxminən 1,9 milyondan çox  yeni iş yerinin yaradılması, hazırda Azərbaycanda yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olması, ölkəmizin insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırması, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alması olduqca mühüm nəticələrdir.