YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Sosial siyasətimizdə qaçqın və məcburi köçkünlərə qayğı xüsusi yer tutur

«Ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətdə qaçqın və məcburi köçkünlərə qayğı xüsusi yer tutur». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki,  son 15 ildə qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Onun sözlərinə görə, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin edilib.

«Bu, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli istiqamətində ardıcıl, sistemli və məqsədyönlü fəaliyyətinin təzahürüdür. Nəticədə, Azərbaycanda vətəndaşların layiqli həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər olduqca yüksək qiymətləndirilir. İslahatların sosial sferanı əhatə etməsi Azərbaycan dövlətinin yeni iqtisadi şəraitdə də özünün sosial siyasətinə sadiq qaldığını təsdiqləyir»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv