YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Məcburi köçkünlər dövlətin qayğsını minnətdarlıqla qarşılayırlar

«Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə yüksək qayğı göstərir». Bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, son illər bu təbəqəyə aid insanların həyat şəraitinin yaxşılaşdırılması yönündə ciddi addımlar atılır. Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə tikilib istifadə verilən qəsəbələr buna sübutdur. Azərbaycan dövləti məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması problemi həll olunana qədər onların həyat şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür.

«Son 20 ildə hökumət tərəfindən məcburi köçkünlərin sosial rifahının təmin edilməsi üçün 6 milyard ABŞ dolları həcmində vəsait sərf edilib və bunun nəticəsində məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına nail olunub. Bu vaxta qədər 250 mindən artıq məcburi köçkün evlə təmin olunub. Təbii ki, bu qayğını məcburi köçkünlər minnətdarlıqla qarşılayır. Amma biz bilirik ki, bunlar müvəqqətidir. Bu insanlar öz doğma torpaqlarına qayıdacaqlarına inanırlar. Dövlətimizin həyata keçirdiyi siyasət həmin günü yaxınlaşdırır»- deyə, deputat vurğulayıb.