YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: O zaman Azərbaycanı titrədən qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib

O zaman Azərbaycanı titrədən qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda 10 milyon əhalinin bir milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Yəni ölkədə hər 10 nəfərdən biri qaçqındır: "Halbuki dünyada olan əhali ilə qaçqınların sayını müqayisə etdikdə, yüzlərlə insana bir qaçqın düşür. Bu, qaçqın və məcburi köçkün probleminin Azərbaycanda nə qədər ciddi olduğunu göstərir. Görünür, dünyada ədalətsizlik baş alıb gedir ki, qaçqın və məcburi köçkün problemi yaranıb. Dünyada separatizm, başqa ərazilərə göz dikmək olmasaydı, qaçqın problemi də bu qədər ağır məhrumiyyətlərə səbəb olmazdı".

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycanın bir milyondan artıq insanının bu vəziyyətdə yaşamasına göz yumulursa, bu problem Azərbaycanda yarananda lazımi diqqət göstərilmirdisə, düşünmək lazım idi ki, bu problem bir ölkə çərçivəsindən çıxaraq bütün dünyanı əhatə edəcək: "O zaman Azərbaycan xəbərdarlıq edirdi, ancaq Azərbaycana lazımi diqqət göstərilmədi. Ona görə də o zaman Azərbaycanı titrədən bu problem indi bütün dünyanı silkələyən problemə çevrilib".