YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək

«Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi əlamətdar hadisədir». Bu fikri AMEA-nın vitse-prezidenti, akademik  İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək. Onun sözlərinə görə, Naxçıvan təktanrıçılığın mərkəzidir və qədim diyarda bununla bağlı 3 mühüm abidə vardır.

«Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində İslami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Nəticədə Naxçıvanda İslam dininə cəhalət və fanatizmdən uzaq yeni bir baxış - elmi və mədəni yanaşma formalaşıb. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi və bununla bağlı görülən işlər İslama münasibətin Naxçıvan modeli, əslində isə ümumdünya miqyasında gerçək İslam modelidir. Azərbaycan Milli Elmlər Akademiyasında Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlər keçirilib, “Naxçıvan xalçaları” və “İslamda müdrik kəlamlar” kitabları ərəb dilinə tərcümə olunub, dövrü mətbuatda məqalələr dərc olunub»-deyə, akademik vurğulayıb.