YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər

«Ölkəmizdə vətəndaş cəmiyyəti institutları kifayət qədər inkişaf edib». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, Azərbaycan QHT-ləri beynəlxalq səviyyədə proqramların həyata keçirilməsində geniş təcrübəyə malikdir. Onun sözlərinə görə, bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər.

«Azərbaycan bu sahədə ciddi naliyyətlər əldə edib. Azərbaycan QHT-ləri müxtəlif layihələrin hazırlanmasında, icrasında, monitorinqinin həyata keçirilməsində yaxından iştirak edirlər. QHT-lərə yaradılan şərait imkan verir ki, onlar da ölkəmizin inkişafına xidmət edən layihələrdə fəal olsunlar»- deyə, deputat qeyd edib.