YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Lələtəpədən, Günnütdən sonra növbə Şuşanın və Xankəndinindir

“Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü silahlı qüvvələrinə çevrilib və ordumuz hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Bunun nəticəsidir ki, 2016-cı ildə Lələtəpə, bu il isə Günnüt kəndi işğaldan azad edildi, düşmənlərdən təmizləndi və minlərlə hektar ərazi geri qaytarıldı. Düşünürəm ki, Lələtəpədən, Günnütdən sonra növbə Şuşanın və Xankəndinindir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, müasir dövrümüzdə Azərbaycan dövlətinin artan iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır: “Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində tədbirlər uğurla həyata keçirilir”.

“Həyata keçirilən işlərin nəticəsidir ki, gənclərdən tutmuş yaşlılara qədər hər kəs tarixi torpağımız Dağlıq Qarabağ uğrunda müharibəyə getməyə və düşmənə qarşı vuruşmağa hazırdır. Azərbaycan ordusu da düşmənə dəfələrlə sübut edib ki, Ali Baş Komandanın əmri ilə istənilən vaxt torpaqları azad etməyə qadirdir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, aprel döyüşlərindən, Günnüt kəndinin alınmasından sonra ermənilər və onların havadarları bir daha anladılar ki, Azərbaycan xalqı ərazi bütövlüyü və suverenliyi uğrunda son damla qanına qədər döyüşməyə hazırdır.