YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Ərəb Neft İnvestisiyalar Korporasiyasının İdarə Heyətinin iclası keçiriləcək

Bakıda Ərəb Neft İnvestisiyalar Korporasiyasının (APICORP) İdarə Heyətinin iclası keçiriləcək.

Energetika Nazirliyindən bildirilib ki, bu barədə energetika nazirinin müavini Samir Vəliyevin Ərəb Neft İnvestisiyalar Korporasiyasının İdarə Heyətinin sədri, Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin müavini Aabed Al-Sadoun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb. Görüşdə APICORP ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Aabed Al-Sadoun 43 ildir ki, fəaliyyət göstərən Korporasiya ilə SOCAR arasında əməkdaşlıq əlaqələrindən, birgə həyata keçirilmiş layihələrdən bəhs edib. Korporasiyanın İdarə Heyətinin növbəti iclasının Bakıda keçiriləcəyi qeyd olunub. Bildirilib ki, belə tədbirlər yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasına töhfə olacaq.

S.Vəliyev ikitərəfli əməkdaşlığı neft-qaz sektoru ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələri (ABOEM) sahəsində də inkişaf etdirməyin vacibliyini vurğulayıb. Bərpaolunan enerji sahəsində imkanları və hədəfləri diqqətə çatdıran nazir müavini bildirib ki, hazırda xarici investorların bu prosesdə iştirakının təmin edilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlər aparılır.

Azərbaycanda xarici şirkətlərin hüquqlarının qanunla qorunduğunu və əlverişli mühit yaradıldığını deyən S.Vəliyev Korporasiyanı ölkəmizdə ABOEM üzrə hər hansı bir layihəni birgə reallaşdırmağa dəvət edib.

Korporasiyanın baş icraçı direktoru Ahmed Ali Attiga təmsil etdiyi şirkətin bərpaolunan enerji sahəsində bir sıra dövlətlərlə əməkdaşlıq etdiyini və investisiya dəstəyi göstərdiyini deyərək Azərbaycanla da bu istiqamətdə imkanları dəyərləndirəcəklərini bildirib.

Görüşdə neft-qaz, eləcə də qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

DİGƏR Xəbərlər Arxiv