YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcəklər

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 1-dən 6-dək İsveçrənin Cenevrə şəhərində səfərdə olacaqlar.

Sessiya çərçivəsində əvvəlcə ATƏT PA-nın Aralıq dənizi forumu, sonra “Təhlükəsizliyin yeni çağırışlarında parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Üç sessiyadan ibarət olacaq konfransda hərbi-siyasi, iqtisadi və ekoloji, insan meyarlarına diqqət yetiriləcək. Mülki əhalinin partlayıcı əşyalardan qorunması, silahlanmaya və tərksilah olunmaya nəzarətdə parlamentlərin rolu, zorakılığın dəyişən siması, hərbi və mühafizə şirkətlərinin fəaliyyətinin tənzimlənməsində dövlətlə özəl qurumların tərəfdaşlığı, iqtisadi və ekoloji məsələlərdə ATƏT-in fəaliyyəti, milli azlıqların müdafiəsində qurumun rolu və digər mövzular nəzərdən keçiriləcək, fikir mübadiləsi aparılacaq.

Qurumun daimi komitəsinin iclasında bir sıra təşkilati məsələlərə də baxılacaq.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiyada iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.