YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistanda etnik təmizləmənin nəticəsində bütün azərbaycanlıların departasiya olunub

«Bu gün cəmiyyətə lazım olan ən böyük ehtiyac insanların birliyidir. Birlik - müasir dünyanın çağırışlarına cavab vermək və həmçinin dünyanın müxtəlif məkanlarında mövcud olan müəyyən çatışmamazlıqların qarşısının almağın da bir vasitədir». Bu fikirləri Milli Məclisin  Beynəlxalq münasibətlər  və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü  Sevinc Fətəliyeva təşkilatın  payız sessiyasında "Neonasizm tazahürünə müqavimət" mövzusunda çıxış edərkən deyib.

S.Fətəliyeva  bildirib ki, mövcud çatışmamazlıqlardan ən əsası olan isə mənəvi çatışmamazlıqdır. Onun sözlərinə görə, cəmiyyətdə mənəvi çatışmamazlıq o zaman baş verir ki, insanlar başqa millətə məxsus olmasına görə qətlə yetirilir, insanlar uşaqlıqdan digər millətə nifrətə öyrədilir, başqa mədəniyyətə və dinə məxsus olan abidələr məhv edilir, uşaqlar partlayıcı cihazlar ilə doldurulmuş oyuncaqlarla qətlə yetirilir. 

«Şübhəsiz ki, neonasizm, ksenofobıya təzahürünün qarşısının almaqda ən effektiv üsülları mədəniyyət, təhsil və informasiya kampaniyalarıdır. Uşaqlar və gənclər digər mədəniyətləri və tarixləri öyrənməlidirlər. Lakin bəzən ksenofobiya, rasizm və dözümsüzlüyün digər növləri təkcə savadsızlıq üzərində yaranmır, terrorizm, ekstremizm üzərində də qurulur. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. AŞPA-da bəzən Azərbaycanda ermenifobiyanın mövcud olması səslənir. Bu mifin dağılmasına misal çəkək qeyd etməliyəm ki, Azərbaycanda 30 mindən çox etnik ermənin yaşamasıdır. Əksinə, Ermənistanda Azərbaycanfobiyanın mövcud olmasının təsdiqi isə Ermənistanda etnik təmizləmənin nəticəsində bütün azərbaycanlıların departasiya olunması və ən ağrılısı Azərbaycan torpaqlarında azərbaycanlıların qətlə yetirilməsidir»- deyə, nümayəndə heyətinin üzvü vurğulayıb.