YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir

«Azərbaycanın bugünkü sürətli inkişafı üçün baza rolunu oynayan "Əsrin müqaviləsi"nin 20-ci ildönümü və "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimləri ərəfəsində Avropa Parlamenti tərəfindən təxribat xarakterli addım atıldı. Bu təsisat tərəfindən ssenariləşdirilən şəkildə qəbul edilən qətnaməni, məhz təxribat adlandırmaq lazımdır". Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Avropa Şurasının, ATƏT-in və digər Avropa institutlarının bütün ölkələr üçün qəbul edilmiş ümumi meyarları və tövsiyələri əsasında Azərbaycan bütün öhdəliklərini yerinə yetirir. Onun sözlərinə görə, bunun nəticəsidir ki, bu gün Azərbaycanda söz azadlığı, siyasi plüralizm, azad toplaşmaq hüququ tam şəkildə təmin edilib, azad mətbuat formalaşıb, ictimai sektorun inkişafı üçün əlverişli şərait yaradılıb.

«Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən sərbəst fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət kimi özünü sübut etməsi prosesləri elə tez-tez ölkəmizə səfərə gələn avropalı siyasətçilərin gözü qarşısında baş verir. Sadəcə, bütün ölkələrdən demokratiya və ədalət tələb edən Avropa Parlamenti bəzi anti-milli ünsürlərə görə Azərbaycan məhkəmələrinə təzyiq etməyə çalışır. Bu cür açıq oyunların getdiyi bir zamanda Avropa Parlamentinin balansı qoruya bilməməsi birbaşa onun imicinə zərbə vurur, bu təsisata olan inam getdikcə itir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv