YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Polşanın xarici işlər naziri: Azərbaycanın polşalı turistlər üçün maraqlı istiqamətə çevrilməsi potensialı var

Azərbaycan və Polşa arasında birbaşa aviareyslərin açılması məsələsi daim diqqət mərkəzindədir. Bu barədə Trend-ə müsahibəsində Polşanın xarici işlər naziri Yatsek Kşiştof Çaputoviç deyib.

O bildirib: "Azərbaycan və Polşa arasında birbaşa aviareyslərin açılması şübhəsiz ki, iki ölkə arasında turist axınını artırmağa kömək edəcək. Bu məsələ aidiyyəti idarə və bir neçə aviaşirkətin, o cümlədən milli aviadaşıyıcıların daim diqqət mərkəzindədir".

Polşalı turistlər Cənubi Qafqaz ölkələrinə daha da çox maraq göstərirdiklərini bildirən nazir əlavə edib ki, onların əksəriyyəti Gürcüstana gedir, bəziləri isə Azərbaycana üstünlük verir.

Çaputoviç qeyd edib ki, şübhəsiz ki, Azərbaycanın polşalı turistlər üçün maraqlı turizm istiqamətinə çevrilmək üçün potensialı var: "Mən vurğulamaq istərdim ki, Polşada Azərbaycan turistlərinə çox şey təklif edə bilər. Polşanın tarixi və gözəl şəhərləri, o cümlədən şimal sahilində Varşava, Krakov, Poznan, Vrotslav və Triqorod (Qdansk, Qdınya, Sopot) şəhərləri Azərbaycandan turistləri gözləyirlər".

DİGƏR Xəbərlər Arxiv