YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 11 milyard 588,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, altı ayda qaz nəqlinin 31,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 3 milyard 654,3 milyon kubmetr təbii qaz göndərilib.